Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Keçən il Türkiyədən Fransaya hazır geyim ixracı 895 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 895 milyon 94 min 17 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 79 milyon 437 min 65 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 271 milyon 981 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 773 milyon 432 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər