Son dəqiqə

Rusiya Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Rusiyaya kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Rusiyaya kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq, 83 milyon 114 min 76 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Rusiyaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz azalaraq, 573 milyon 33 min 9 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 15 milyard 763 milyon 886 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 2 milyard 615 milyon 754 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 30 milyard 711 min 572 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər