Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Azərbaycana avtomobil ixracı 39 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyon 151 min 58 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 39 milyon 707 min 86 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 19 milyard 986 milyon 716 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 3 milyard 408 milyon 167 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 30,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 39 milyard 495 min 509 dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər