Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə hava limanları sərnişin təyyarələri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Gaziantep hava limanı Türkiyə daxili və beynəlxalq yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Qaziantep hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin may ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 175 min 26 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq, 997 min 598 nəfər, beynəlxalq reyslər üzrə isə 42 faiz artaraq 177 min 428 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 11 min 505 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 8 min 284 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 38 faiz artaraq, 3 min 221 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 13 faiz artaraq, 10 min 524 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz artaraq, 9 min 318, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq min 206 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər