Son dəqiqə

Türkmənistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər Turistlərin gəzintisi üçün əlverişli şəhərlər xarici turist axını Türkiyə

Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin aprelində Türkmənistandan Türkiyəyə 15 min 647 turist səfər edib ki, bu da 2024-cü ilin aprel ilə müqayisədə 42,75 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,40 faiz təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında Türkmənistandan Türkiyəyə 54 min 77 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,17 faiz çoxdur.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,52 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin aprelində Türkiyəyə 3 milyon 900 min 546 turist səfər edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 8,1 faiz çoxdur.

2025 -ci ilin yanvar-aprel aylarında 10 milyon 590 min 9 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,60 faiz azdır.

Mövzuya görə xəbərlər