Son dəqiqə

Sabiha Gökçen Havalimanı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyədə hava nəqliyyatı 2025 Sərnişin rekordu Hava nəqliyyatı innovasiyaları

Sabiha Gökçen hava limanında sərnişindaşıma 14 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin aprel ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 14 milyon 107 min 870 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 5 milyon 982 min 752 nəfər, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 8 milyon 125 min 118 nəfər təşkil edib.

2025-ci ilin aprel ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 156 min 284 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 45 min 750 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 110 min 534 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə 8 faiz artaraq, 82 min 154 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 34 min 186, beynəlxalq reyslər üzrə isə 17 faiz artaraq 43 min 328 olub.

2025-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 64 milyon 197 min 713 nəfər, yük daşınması isə 1 milyon 431 min 519 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər