Son dəqiqə

Türkmənistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm təzyiqi Turistik şəhərlər xarici turist axını Türkiyə Türkiyə turizmi 2025

Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin martında Türkmənistandan Türkiyəyə 14 min 530 turist səfər edib ki, bu da 2024-cü ilin martı ilə müqayisədə 30,90 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,62 faiz təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında Türkmənistandan Türkiyəyə 39 min 130 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,85 faiz çoxdur.

2025-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,58 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin martında Türkiyəyə 2 milyon 346 min 403 turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 13,14 faiz azdır.

2025 -ci ilin yanvar-mart aylarında 6 milyon 689 min 463 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azdır.

Mövzuya görə xəbərlər