Bakı,TurkicWorld
Türkiyənin Atatürk universiteti 234 növ tibbi ləvazimat alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqaviləyə əsasən ləvazimatlar, müqavilə imzalandığı gündən 31 dekabr 2025-ci il tarixinə qədər hissə-hissə təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 21 yanvar 2025-ci il tarixinə qədər “Atatürk Üniversitesi Kampüsü Yakutiye/Erzurum” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.