Bakı, TurkicWorld
2024-cü ilin yanvar-oktyabr aylarında İraq vətəndaşları Türkiyədə min 11 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 722 obyekt azdır.
Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin oktyabr ayında İraq vətəndaşları Türkiyədə 124 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 10 obyekt çoxdur.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyədə 165 min 138 mənzil satın alınıb ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 76,1 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədə 1 milyon 112 min 374 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz çoxdur.
2024-cü ilin oktyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 122 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 16,3 faiz azdır.
Bu ilin yanvar – oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 19 min 212 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azdır.