Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin dəmir ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dəmir ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq, 9 milyard 287 milyon 704 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 44 min 954 dollar məbləğində dəmir ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 12 milyard 181 milyon 497 dollar məbləğində dəmir ixrac edib.

Mövzuya görə xəbərlər