Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Türkiyənin hər zaman Fələstinin ədalətli mübarizəsinin yanında olacağını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Birinci xanım Əminə Ərdoğan sosial media hesabında paylaşım edib.
O, Türkiyənin hər zaman Fələstinin ədalətli mübarizəsinin yanında olacağını vurğulayaraq, İsrailin Fələstinə qarşı zülmünün açıq soyqırıma çevrildiyini qeyd edib.
Ərdoğan, uşaqların itkilərinin və anaların göz yaşlarının Qəzzada dərin yaralar buraxdığını bildirib. O, zülmün nə qədər ağır olsa da, ədalətin bir gün qalib gələcəyinə və Fələstin xalqının azadlıq mübarizəsinin davam edəcəyinə inandığını ifadə edib.
Birinci xanım paylaşımına Qəzza hadisələri ilə bağlı bir video da əlavə edib.
İsrail’in 76 yıldır Filistin halkına uyguladığı zulüm, son bir yılda açık bir soykırıma evrildi.
— Emine Erdoğan (@EmineErdogan) October 7, 2024
Yıkılmış evlerin enkazı altında sadece taşlar değil, insanlık onuru kaldı.
Çocukların masum gülüşleri, işgalin zalim yüzüyle sönüp giderken, annelerin gözyaşları Gazze’nin… pic.twitter.com/9elVQPuPGD