Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 1 milyard 167 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 132 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 16,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 1 milyard 541 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər