Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,9 faiz artaraq, 12,2 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər