Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Qəzza

Qəzza soyqırımına görə məsuliyyət alınmadan, sülh də mümkün olmayacaq- Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin Qəzzada həyata keçirdiyi hücumların 1-ci ildönümü münasibətilə İsrailə qarşı sərt bir mesaj verib.

TurkicWorld xəbər verir ki, Ərdoğan çıxışı zamanı , İsrailin Qəzzada minlərlə insanın ölümünə səbəb olan hücumlarının soyqırım olduğunu vurğulayaraq, İsrailin bu hərəkətlərinin əvəzini gec-tez ödəyəcəyini bildirib. O, İsrailin baş naziri Benyamin Netanyahunu Hitlerlə müqayisə edərək , beynəlxalq ictimaiyyəti İsrailin dayandırılması üçün hərəkətə keçməyə çağırıb.

Ərdoğan İsrailin işğalçılıq siyasətinə son qoyulması zərurətini qeyd edərək, bu soyqırımın cavabsız qalmayacağını, İsrailin bu hərəkətlərinə görə məsuliyyət daşıyacağını vurğulayıb.

O, Qəzzada həyatını itirən günahsız insanların xatirəsinə hörmət etdiyini və bu məsələnin bəşəriyyət üçün sülhün əldə olunması yolunda əhəmiyyətli məsələ olduğunu qeyd edib.

Çıxışında Ərdoğan həm də beynəlxalq ictimaiyyəti, təşkilatları və sistemləri bəşəriyyətin gələcəyi üçün məsuliyyətə çağırıb və bu soyqırımın tez zamanda sona çatdırılmasını tələb edib.

Mövzuya görə xəbərlər