Bakı, TurkicWorld
2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Çinə hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, 33,5 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Çinə 3,3 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 17 faiz azdır.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq, 12 milyard 27 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyənin hazır geyim məhsulları ixracı keçən ilin avqust ayı ilə müqayisədə 0,2 faiz azalaraq, 1 milyard 672 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib.” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 18 milyard 68 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib.