Energetika Nazirliyi

AYİB-in Türkiyə və Qafqaz üzrə icraçı direktoru ilə görüş olub

Bakı, TurkicWorld

Energetika nazirinin müavini Orxan Zeynalov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti ilə görüşüb.

TurkicWorld bu barədə Energetika nazirliyinə istinadən məlumat verir.

Görüş zamanı energetika sektorunda Bankla mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib,bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbonlu enerjiyə keçid kimi sahələrdə cari layihələr nəzərdən keçirilib,gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.AYİB-in dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyasıüzrə hərrac prosesinin gedişatı qiymətləndirilib.

Qarşı tərəfə "Xəzər-Qara dəniz-Avropa" və "Azərbaycan-Mərkəzi Asiya-Avropa" yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində atılan addımlar, COP29-la bağlı təşəbbüslər və enerji sahəsində planlaşdırılan tədbirlər haqqında məlumat verilib

Mövzuya görə xəbərlər