Son dəqiqə

İran-Azərbaycan qeyri-neft məhsullarının ixracı

İran Azərbaycana qeyri-neft məhsul ixracı artıb

Bakı, TurkicWorld

Cari İran ilinin 4 ayı (20 mart -21 iyul 2024) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart -22 iyul 2023) müqayisədə dəyər baxımından 56%, çəki baxımından 18,9% artıb.

Bu barədə TurkicWorld İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 4 ay ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 236 milyon dollar dəyərində təxminən 296 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı 151 milyon dollar dəyərində təxminən 249 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Qeyd edək ki, cari İran ilinin 4 ayı ərzində İranın qeyri-neft məhsul ixracı 17,5 milyard dollar 47,9 milyon ton təşkil edib. 4 ay ərzində İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 10%, çəki baxımından 4,6% artıb.

Mövzuya görə xəbərlər