Son dəqiqə

Türkiyə ixrac xarici ticarət dövriyyəsi

Türkiyənin ixracatında TOP 5 ölkə

Bakı,TurkicWorld

Bu ilin ilk yarısı üzrə Türkiyənin ixracatında müvafiq olaraq Almaniyaya, ABŞ, Böyük Britaniya, İtaliya və İraq ilk yerləri tutu.

Bu barədə TurkicWorlda Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Bu ilin ilk yarısında Türkiyənin ixracatında Almaniya birinci olub. Belə ki, Almaniyaya 10 milyard 201 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu ölkəni müvafiq olaraq 7 milyard 785 milyon dollarla ABŞ, 6 milyard 962 milyon dollarla Böyük Britaniya, 6 milyard 454 milyon dollarla İtaliya və 6 milyard 241 milyon dollarla isə İraq təqib edir.

İlk beş ölkə üzrə həyata keçirilən ixracat Türkiyənin ümumi ixracının 29,8%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyar 969 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faiz azalaraq 19 milyard 49 milyon dollar, idxalı isə 4,4 faiz azalaraq 24 milyard 920 milyon dollar olub.

“Bu ilin yanvar- iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 295 milyard 147 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar- iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 126 milyard 278 milyon dollara, idxalı isə 8,4 faiz azalaraq 168 milyard 869 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Mövzuya görə xəbərlər