Son dəqiqə

TOBB

Türkiyədə qurulan Çin şirkətlərinin sayı artıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Çin kapitalı ilə 67 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 1 milyard 374 milyon 960 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 174 milyon 139 min
türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 170 milyon 239 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Çin kapitalı ilə 31 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər