Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Almaniya kapitalı ilə 104 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58 şirkət azdır.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 1 milyard 940 milyon 760 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 152 milyon 377 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (51) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 37 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Almaniya kapitalı ilə 33 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.