Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Özbəkistan kapitalı ilə 19 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 16 milyon 560 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 16 milyon 720 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (17) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 15 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Özbəkistan kapitalı ilə 5 ticarət və 5 peşə, elmi və texniki fəaliyyətlə məşğul olan şirkət qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.