Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 şirkət azdır.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 19 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 143 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (14) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 10 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 13 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.