Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Rusiya kapitalı ilə 66 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 449 şirkət azdır.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 79 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 697 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 16 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Rusiya kapitalı ilə 34 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.