Bakı, TurkicWorld
Türkiyədə iyun ayında 198 min 581 nəqliyyat vasitəsi qeydiyyata alınıb ki, bu ötən ilin eyni ayı ilə müqayisədə 2,5% çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Motorlu Kara Teşitları (TMKT) məlumat verib.
“İyun ayında Türkiyədə qeydiyyata alınan nəqliyat vasitələrinin 50,2 faizini motosiklet, 38,1 faizini avtomobil, 6,7 faizini yük avtomobilləri, 3,1 faizini traktorlar, 1,2 faizini yük maşını, 0,4 faizini isə mikroavtobuslar, 0,2 faizini avtobuslar, 0,1 faizini isə xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib”, – deyə TMKT-dan bildirilib.
Həmçinin, iyun ayı ərzində nəqliyyat vasitələri arasından 75 min 797 avtomobil qeydiyyata alınıb.
Məlumata görə, Türkiyə üzrə qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı iyun ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8,9% artaraq 29 milyon 987 min 701 ədəd təşkil edib.
Markalara görə iyun ayı üzrə qeydiyyata alınan avtomobillər arasında Renault %12,5, Chery %10,3, Fiat %9,0, Citroen %5,6, Volkswagen %5,6, Hyundai %5,3, Peugeot %4,7, Opel %4,4, Toyota %4,2, Honda %3,9, Skoda %3,8, Dacia %3,5, Mercedes-Benz %2,8, Ford %2,6, BMW %2,2, MG %2,1, Nissan %1,8, Seat %1,5, Kia %1,3, Audi %1,0 və %12,1 faiz isə digər markalar pay sahibidirlər.
Onu da əlavə edək ki, yanvar-iyun aylarında qeydiyyata alınan 508 min 801 avtomobilin 65,2 faizini benzin, 12,9 faizini hibrid, 12,4 faizini dizel, 8,4 faizini elektrik, 1,1 faizini isə maye qazla işləyən avtomobillər təşkil edib.
Həmçinin, iyun ayının sonuna olan məlumata görə, Türkiyə üzrə qeydiyyatda olan 15 milyon 727 min 46 avtomobilin 34,9 faizi dizel, 32,6 faizi maye qaz, 29,6 faizi benzin, 1,8 faizi hibrid, 0,8 faizi isə elektrik mühərrikli olub.