Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı 100 milyon dollar olub (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar- iyun aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalaraq, 100 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə Azərbaycana 15 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 13,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0.9 faiz azalaraq 7,8 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023- iyun 2024) Türkiyə 16,1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər