Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi sement

Yanvar-iyun aylarında Türkiyənin Özbəkistana sement məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Özbəkistana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq, 7,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə Özbəkistana 763 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 33,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,4 faiz azalaraq, 2,1 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 336,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023 – iyun 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər