Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Enerji resursları

Türkiyənin enerji idxalı azalıb

Bakı. TurkicWorld:

Türkiyənin enerji idxalı üçün ödədiyi məbləğ may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,5% azalaraq 5 milyard 167 milyon 478 min dollara çatıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin hazırladığı müvəqqəti xarici ticarət statistikasına görə, Türkiyənin may ayında cəmi idxalı əvvəlki ilin eyni ayına görə 10,4% azalaraq 30 milyard 567 milyon 701 min dollara çatıb.

Bu məbləğin 5 milyard 167 milyon 478 min dollarını enerji idxalı kimi ümumiləşdirilən “mineral yanacaqlar, mineral yağlar və onların distillə edilməsindən əldə edilən məhsullar, bitumlu maddələr, mineral mumlar” təşkil edib.


Qeyd edək ki, 2023-cü ilin may ayında bu rəqəm 5 milyard 244 milyon 667 min dollar olaraq qeydə alınıb. Beləliklə, enerji idxalının həcmi illik səviyyədə 1,5 faiz azalıb.

Həçinin, bu dövrdə xam neft idxalı 16,5 faiz artaraq 2 milyon 860 min 973 tona çatıb.

Mövzuya görə xəbərlər