Son dəqiqə

Türkiyə Rusiya xarici ticarət dövriyyəsi

Rusiyadan Türkiyəyə milli valyuta təklifi

Bakı. TurkicWorld:

Rusiyanın ən böyük banklarından biri olan VTB-nin prezidenti Andrey Kostin Rusiya və Türkiyə arasındakı ticarətdə milli valyutalardan istifadə edilə biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Kostin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində türk müxbirinin suallarını cavablandırarkən danışıb.

Kostin, “Türkiyə bu gün ticarət tərəfdaşı olaraq bizim üçün çox önəmlidir. Bu çətin dövrdə Türkiyənin dəstəyinə görə Türkiyə xalqına və Türkiyə rəhbərliyinə çox minnətdarıq. Düşünürəm ki, bu, qarşılıqlı fayda təmin edən bir əməkdaşlıqdır” – deyə bildirib.

Çinlə ticarətdə həll yolunu tapdıqlarını, ödənişləri milli valyuta ilə həyata keçirdiklərini hətta ticarətdə böyük disbalansın olduğu Hindistanla da çıxış yolu tapdıqlarını qeyd edən Kostin “Düşünürəm ki, Türkiyə ilə də imkanlar axtarmalıyıq. Rəqəmsal və milli valyutalar əsasında öz yeni mexanizmlərimizi yaratmalıyıq. Təbii ki, həm rubl, həm də türk valyutası daha stabil olsaydı, bunu etmək daha asan olardı” – deyə bildirib.

VTB prezidenti Kostin bank sektorunda yaşanan problemlərin böyük ölçüdə beynəlxalq ticarətdə yerli valyutaların istifadəsi sayəsində həll edilə biləcəyini qeyd edərək, “Ümumiyyətlə, yeni maliyyə bazarının yaradılmasına ehtiyac var. Çünki hazırkı beynəlxalq maliyyə sistemi başqa şərtlər altında formalaşıb”- deyə əlavə edib.

Mövzuya görə xəbərlər