Bakı. TurkicWorld:
Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir. Forumda 7 türk dövləti təmsil olunur.
TurkicWorld xəbər verir ki, bu barədə forum çərçivəsində keçirilən tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, forumda Rusiya, Belarus və Gürcüstan qonaq qismində iştirak edəcəklər.
AQC sədri, həmçinin, tədbirin gündəliyi və müzakirə ediləcək məsələlər, eyni zamanda qurum qarşısında duran vəzifələr və perspektivlər barədə də məlumat verib, hesabat məruzəsi dinlənilib.
Tədbirdə forum iştirakçıları tərəfindən səsvermə yolu ilə AQC sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin rəhbəri seçilib.
Qeyd olunub ki, növbəti - 4-cü forum gələn il keçiriləcək.

