Son dəqiqə

BMT COP29

BMT baş katibinin köməkçisi Azərbaycanda COP29-un uğurla keçəcəyinə inanır

Bakı. TurkicWorld:

İnanıram ki, Azərbaycanda keçiriləcək COP29 uğurlu olacaq.

TurkicWorld xəbər verir ki, bunu mayın 7-si BMT Baş Katibinin Köməkçisi, İnzibati Köməkçi və Direktor, BMTİP-in Siyasət və Proqram Dəstəyi Bürosunun direktoru Markos Neto, "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqunun açılışındakı nitqində deyib.

"COP29 çox mühüm vaxt bölümünə təsadüf edir. İnanıram ki, bu təsbir uğurla keçiriləcək. Dayanıqlı İnkişaf Məqsədləri sırasında da iqlim dəyişikliyi ilə mübarizəni nəzərdə tutan məqamlar var", - deyə o bildirib.

Onun sözlırinə görə, Azərbaycan 2050-ci ilə qədər karbon dioksid tullantılarının azaldılması üzrə öhdəlik götürüb.

"Əminəm ki, Azərbaycan bu yolda daha böyük uğurlara imza atacaq. Biz də BMT olaraq iqlim dəyişikliyi istiqamətində Azərbaycanla öz təcrübəmizi bölüşəcəyik. BMT-nin inkişaf proqramı COP29 ərəfəsində bu məsələdə Azərbaycana öz dəstəyini verəcək", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Mövzuya görə xəbərlər