Son dəqiqə

TOBB

Yanvar-mart ayında Türkiyədə Özbəkistan kapitalı ilə 10-dan çox şirkət qeydiyyata alınıb

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart ayında Türkiyədə Özbəkistan kapitalı ilə 12 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 4,6 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,6 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 4,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-mart ayında Türkiyədə Özbəkistan kapitalı ilə 3 inşaat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Mövzuya görə xəbərlər