Bakı, TurkicWorld
2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Misir kapitalı ilə 67 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 104 milyon 760 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 76 milyon 795 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (64) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 96 milyon 500 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Misir kapitalı ilə 41 ticarət şirkəti qeydiyyata alınıb.