Son dəqiqə

TOBB BƏƏ

Türkiyədə qurulan BƏƏ şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust ayında Türkiyədə BƏƏ kapitalı ilə 77 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 1 milyard 678 milyon 400 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 737 milyon 693 min 834 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (68) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi kapitalı 1 milyard 669 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə BƏƏ kapitalı ilə 33 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər