BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 3 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 127 milyon türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 3 milyon 985 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (1) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 50 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 2 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.






