Bakı, TurkicWorld
2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Səudiyyə Ərəbistanı kapitalı ilə 46 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 şirkət azdır.
Bu barədə TurkicWorld - əTürkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı şirkətlərinin məcmu kapitalı 54 milyon 50 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 192 milyon 409 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Səudiyyə Ərəbistanı şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Səudiyyə Ərəbistanı şirkətlərinin ümumi kapitalı 41 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Səudiyyə Ərəbistanı kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.