Son dəqiqə

Çin TOBB

Türkiyədə qurulan Çin şirkətlərinin sayı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Çin kapitalı ilə 96 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 şirkət çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 1 milyard 410 milyon 10 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 192 milyon 409 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (80) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 1 milyard 164 milyon 560 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Çin kapitalı ilə 53 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər