Son dəqiqə

ISESCO

Yaşıl enerjinin əhatəsin genişləndirməliyik - İSESKO-nun Baş direktoru

Bakı. TurkicWorld:

İqlim dəyişikliyi bu gün əsas qlobal problemlərdən biridir. Əgər iqlim dəyişikliyinin bugünki fəsadlarının qarşısını almasaqŞ, gələcək nəsillər üçün ciddi problemlər yaradılacaq.

TurkicWorld-in məlumatına görə, bunu İSESKO-nun Baş direktoru Dr. Salim M. AlMalikə Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülməsi vacibdir.

"Biz burada daha ambisiyalı, daha böyük işlər görməliyik, yaşıl enerjinin əhatəsin genişləndirməliyik. Beynəlxalq əməkdaşlıq yolu ilə biz bu təhlükələri aradan qaldıra bilərik. Biz təbiətin mühafisəzi üçün böyük işlər görə bilərik.

Azərbaycana COP29-a ev sahibliyi etdiyinə görə təşəkkür edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Mövzuya görə xəbərlər