Bakı. TurkicWorld:
Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin ixracı imkanları üzrə texniki-iqtisadi əsaslandırılmanın hazırlanmasına bu il ərzində başlanılacaq.
TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.
O qeyd edib ki, layihə çərçivəsində qeyd olunan işlərin həyata keçirilməsi üçün şirkətin cəlb olunması üzrə texniki şərt artıq hazırdır.