Son dəqiqə

Hesablama Palatası

Aqrar sığorta sahəsinin hesabatlılığında tələblərə əməl edilməyib

Bakı. TurkicWorld:

Aqrar sığorta sahəsinin hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib.

TurkicWorld xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

"Auditlə toplanmış sübutlar auditlə əhatə olunan dövrdə istər Aqrar Sığorta Fondu, istərsə də İdarəedici Qurum tərəfindən sığorta fəaliyyətinin hesabatlılığını tənzimləyən hüquqi aktların tələblərinə əməl edilməyərək məcmu kapitalın (sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləğinin) hesablanmasının təmin edilmədiyini göstərmişdir ki, bu da aqrar sığorta üzrə sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməməsi deməkdir", - deyə nömrədə qeyd olunub.

Mövzuya görə xəbərlər