COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq - Elnur Soltanov

COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq - Elnur Soltanov

Bakı. TurkicWorld:

COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

"Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əminik. Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq",- deyə o bildirib.