Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi xalça

Yanvar-mart aylarında Türkiyənin xalça məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına xalça məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 23,9 faiz artaraq, 746,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə 247,3 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 2,9 milyard dollar məbləğində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər