BMT ötən il Azərbaycanla birgə tədbirlərə 32 milyon dollardan çox investisiya qoyub - Vladanka Andreyeva

BMT ötən il Azərbaycanla birgə tədbirlərə 32 milyon dollardan çox investisiya qoyub - Vladanka Andreyeva

Bakı. TurkicWorld:

BMT 2023-cü ildə Azərbaycanla birgə tədbirlərə 32 milyon dollardan çox investisiya qoyub.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

"Azərbaycan ötən ilin sentyabr ayında təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə sammiti ərəfəsində DİM üzrə öz milli öhdəliklərini irəli sürmüş 40 ölkədən biri olub. Biz hamımız birlikdə DİM-in əldə olunması üzrə tədbirləri sürətləndirə bilərik. Ötən il razılaşdırılmış birgə tədbirlərin icrasına 32,2 milyon ABŞ dolları investisiya qoymuşuq", - o deyib.