Son dəqiqə

Hesablama Palatası

Ötən il 27 uyğunluq auditində büdcə qanunvericiliyinin pozulduğu aşkarlanıb

Bakı. TurkicWorld:

Ötən il 27 uyğunluq auditində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib.

TurkicWorld xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.

Hesabata əsasən, bu sahə üzrə daha çox rast gəlinən nöqsanlar kimi "Büdcə sistemi haqqında", həmçinin, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunlarının, Əmək Məcəlləsinin tələblərinin pozulmasını, xərc normativlərinə və prosedurlara əməl olunmamasını göstərmək olar.

Uyğunluq auditlərinin nəticələri 23 auditdə büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyini göstərir. Nöqsanların əhəmiyyətli hissəsi qurumlar tərəfindən proqnozlaşdırma və planlaşdırma işinə lazımi diqqətin ayrılmadığını göstərib.

Belə ki, dövlət vəsaitinə tələbat düzgün müəyyənləşdirilməyib, nəticədə vəsaitə tələbat il ərzində dəfələrlə dəyişdirilib, vəsait təyinatı üzrə istifadə edilməyib, büdcə vəsaiti bank hesablarında istifadəsiz qalıb, ilin sonunda vəsaitlər akkreditiv hesablara yönəldilib.

Bunlarla yanaşı, büdcədənkənar fəaliyyət üzrə gəlir potensialından tam istifadə olunmayıb, yığım və digər daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid edilməyib, smetada nəzərdə tutulmadığı halda digər maddələr hesabına xərc maliyyələşdirilib, VBT-nin tələblərinə əməl olunmamış qalıq vəsaitlər dövlət büdcəsinə ümumiyyətlə və ya vaxtında qaytarılmayıb.

Mövzuya görə xəbərlər