Fevral ayında 2 milyondan çox sərnişin Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

Fevral ayında 2 milyondan çox sərnişin Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin fevral ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 2 milyon 11 min 400 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz artaraq 953 min 493 nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 1 milyon 57 min 907 nəfər təşkil edib.

2024-cü ilin fevral ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 21 min 701 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 8 min 345 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 13 min 357 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 4 faiz artaraq, 15 min 447 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz azalaraq 7 min 512, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 7 min 935 olub.

Bu ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 29 milyon 487 min 97 nəfər, yük dövriyyəsi isə 662 min 353 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01