AZPROMO

Bu il Azərbaycanda "Milli ekspert forumu" keçiriləcək

Bakı. TurkicWorld:

Bu ilin payızında Azərbaycanda "Milli ekspert forumu" keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Hazırda tədbir müzakirə olunur və razılaşdırma mərhələsindədir. Forumda ixrac artımı ilə əlaqədar məsələlər müzakirə olunacaq, eləcə də xarici ölkələrlə təcrübə mübadiləsi həyata keçiriləcək", - deyə o bildirib.

Mövzuya görə xəbərlər