Bakı. TurkicWorld:
Azərbaycanın Başqırdıstana biznes missiyası planlaşdırılır.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən "Azərbaycan-Başqırdıstan" biznes forumunda deyib.
T.Hacılı qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi bu ilin birinci rübündə 12 faiz artıb.
"İnanıram ki, forumda əldə edilmiş razılaşmalar çərçivəsində Başqırdıstan Respublikasına biznes missiyası təşkil olunacaq", - o deyib.