Son dəqiqə

BMT AZPROMO UNESCAP Ağıllı Sənaye Hazırlığı İndeksi

UNESCAP Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxış imkanını genişləndirmək niyyətindədir

Bakı.TurkicWorld :

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxış imkanını genişləndirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus bu gün Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyata investisiyalarin cəlbi” layihəsi çərçivəsində rəqəmsal KOB və startaplara “scale-up” və xarici investisiyaların cəlbi üçün təlim proqramının kuluarlarında jurnalistlərə deyib.

“Bu həftə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzini (4SİM) Dünya İqtisadi Forumu və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə bir sıra seminarlarla dəstəkləyirik.

Dünən “Ağıllı Sənaye Hazırlığı İndeksi”ni (SIRI) təqdim etdik. Bu gün Azərbaycan, Türkiyə və Tacikistandan olan startaplar üçün iki günlük şəxsi seminara başlayırıq, ardınca isə bir sıra virtual tədbirlər keçiriləcək. Seminarın məqsədi genişlənmə mərhələsində olan startaplarla praktiki iş və onlara korporativ vençur kapitalının cəlb edilməsi üsullarını öyrətməkdir.

Bu bazarın həcmi trilyonlarla dollar dəyərində ölçülür və genişlənmə mərhələsində olan startaplar üç trilyon dollara yaxın maliyyə vəsaitinə çıxış edə bilər. Lakin startapların əksəriyyəti investorların axtarışı və cəlb olunmasında problemlərlə üzləşir. Bu seminarda iştirakçılar korporativ vençur kapitalı investorlarını necə tapmağı, onlarla əlaqə qurmağı və öz layihələrini təqdim etməyi öyrənəcək. Bu bilik startaplara şirkətlərini genişləndirmək və miqyaslandırmaq üçün kapitaldan istifadə etməkdə kömək göstərəcək”, – deyə o qeyd edib.

Mövzuya görə xəbərlər