Son dəqiqə

AZPROMO anlaşma memorandumu Ağıllı Sənaye Hazırlığı İndeksi Alibaba

Yaxın zamanda Azərbaycan şirkətləri Alibaba.com-da təmsil olunacaq - AZPROMO

Bakı. TurkicWorld :

Yaxın zamanda Azərbaycan şirkətləri Alibaba.com saytında təmsil olunacaq.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı bu gün Bakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarda çıxışında deyib.

"Bu il Alibaba.com ilə memorandum imzaladıq. Yaxın zamanda Azərbaycan şirkətlərinin məhsulları bu platformada təqdim olunacaq. İnanıram ki, bu, məhsullarımızın beynəlxalq bazara çıxması və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açır", - deyə o vurğulayıb.

Xatırladaq ki, 27 fevral 2024-cü ildə AZPROMO və Alibaba.com arasında anlaşma memorandumu imzalanıb.

Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi altında Azərbaycan məhsullarının Alibaba.com elektron platforması vasitəsilə yeni ixrac bazarlarına çıxışını təmin edəcək.

Mövzuya görə xəbərlər