Bakı. TurkicWorld:
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.
"Özbəkistan Azərbaycanla müştərək fonda investisiya qoyur. Getdikcə daha çox yeni layihələr həyata keçirəcəyimizə çox ümid edirik", - deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, ilin sonunadək daha bir böyük tədbirin keçirilməsi planlaşdırılır.
"Bildiyiniz kimi, iyul ayında hökumətlərarası komissiya keçiriləcək", - deyə Y.Abdullayev əlavə edib.
Onun sözlərinə görə, bu iki ölkə arasında münasibətlərin inkişafının yeni mərhələsi olacaq.