Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi Ömər Bolat

TuranSez Türk dünyası dövlətlərinin birgə iqtisadi təşəbbüslərini ehtiva edən böyük bir layihədir - Ömər Bolat (ÖZƏL)

Bakı. TurkicWorld:

TuranSez Türk dünyası dövlətlərinin birgə iqtisadi təşəbbüslərini ehtiva edən böyük bir layihədir.

Bu sözləri Türkiyənin Ticarət naziri Ömər Bolat, TurkicWorld-a özəl açıqlaması zamanı deyib.

"Türk Dövlətləri Təşkilatı 2009-cu ildən bu yana sürətlə irəliləyir. Bura hətta Avropa Birliyinin üzvü olan Macarıstan da daxil olub. 3 noyabr 2023-cü il tarixində keçirilən Astana sammitində cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Astana görüşündən bir həftə sonra Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilib. Qazaxıstandakı TuranSez sənaye zonası əhəmiyyətli bir investisiyadır, Türk dünyası dövlətlərinin birgə iqtisadi təşəbbüslərini ehtiva edən böyük bir layihədir. Biz bütün gücümüzlə bu layihə üzərində çalışırıq",- deyə Ömər Bolat bildirib.

Nazir vurğulayıb ki, məmnuniyyətlə demək istəyirəm ki, Türk dünyası dövlətləri arasında iqtisadi və investisiya əlaqələri ildən-ilə artır və pandemiya dövründə belə geriləmə müşahidə olunmayıb. Artım tendensiyası keçən il olduğu kimi bu il də davam edir. Genişlənmiş ticarət əlaqələri, investisiyalar və birgə iri layihələri də öz bərabərində gətirir. Biz inanırıq ki, gələcək Türk dünyasının olacaq.

Qeyd edək ki, Türkiyənin ticarət naziri Ömər Bolat bugün Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edir. Eyni zamanda, forumda hər iki ölkədən bir çox dövlət rəsmiləri, iri və orta şirkət rəhbərləri də iştirak edir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər